BAKI, 22 mart. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinə Ukraynada atəşkəslə bağlı heç bir vaxt vermədiyini bildirib.

Teleqraf xəbər verir ki, o, Ukrayna məsələsinin həlli ilə əlaqədar müsbət dinamikanın olduğunu da deyib.

Putinin Ukraynada atəşkəs təklifini rədd etdiyi üçün ABŞ-nin Rusiyaya qarşı sanksiyaları sərtləşdirib-sərtləşdirməyəcəyi ilə bağlı suala Tramp belə cavab verib:

“Heç nəyi rədd etmədi. Onlara qarşı sanksiyalar var. Praktiki olaraq, onlarda hər kəsə qarşı sanksiyalar mövcuddur”.