BAKI, 19 mart. TELEQRAF

Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov BƏƏ-nin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanın dəvəti ilə bu ölkəyə səfər edib.

Teleqraf xəbər verir ki, bu barədə Kadırov öz "Telegram" kanalında məlumat yayıb.

“Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan məni çox isti və yüksək qarşıladı. Mənim üçün onunla hər görüş sadəcə diplomatik hadisə deyil, müdrik və əsl müsəlmanla ünsiyyətin sevincidir”, - Çeçenistan rəhbəri yazıb.

Kadırov BƏƏ-yə iftarda iştirak etmək üçün səfər etdiyini deyib.