BAKI, 19 mart. TELEQRAF

Cəmi bir neçə həftə ərzində Ukraynada tam atəşkəslə bağlı razılığa gəlmək mümkün olacaq.

Teleqraf xəbər verir ki, bunu ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff deyib.

“Hesab edirəm ki, Putin xoşməramlıdır. Düşünürəm ki, bir neçə həftə ərzində Ukraynada tam atəşkəsə nail ola bilərik”, - Amerika rəsmisi vurğulayıb.

Uitkoff əlavə edib ki, ABŞ və Rusiya arasındakı münasibətlər Amerika üçün çox vacibdir.

ABŞ prezidentinin xüsusi nümayəndəsi Rusiyaya qarşı sanksiyaların yumşaldılmasının Ukraynada atəşkəs razılaşmasından sonra baş tutacağını da bildirib.