BAKI, 18 fevral. TELEQRAF

"ABŞ və Rusiya əvvəlcə yeni dünya nizamının qurulması ilə bağlı mühüm məsələləri müzakirə edəcək və yalnız bundan sonra Ukrayna problemini həll etməyə başlayacaqlar".

Teleqraf xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban Serbiya Prezidenti Aleksandr Vuçiçlə keçirdiyi mətbuat konfransında bildirib.

“Mən əminəm ki, Rusiya-Ukrayna münaqişəsi danışıqlarla həll olunmayacaq. Biz başa düşməliyik ki, Səudiyyə Ərəbistanında digər ciddi məsələlər də müzakirə olunacaqdır”, - Macarıstan hökumətinin başçısı bildirib.

Onun sözlərinə görə, əvvəlcə dünya gücləri ticarət, texnologiya və energetika məsələlərini müzakirə edəcək, Ukrayna isə daha ​​geniş kontekstdə nəzərdən keçiriləcək, bundan sonra hansısa həll variantını hazırlamaq mümkün olacaq.