BAKI, 10 fevral. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp İranla danışıqlara başlamaq istəyini dilə gətirir, amma ortalıqda ona qarşı yeni planlar qurur.

Teleqraf xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian deyib.

“Tramp davamlı olaraq İranla danışıqlara hazır olduğunu söyləyir, həmçinin ona qarşı sui-qəsdləri ehtiva edən yeni fərmanlar imzalayır. ABŞ yalnız İranı diz çökdürməyi xəyal edir”, - prezident qeyd edib.