BAKI, 10 fevral. TELEQRAF

Dünyamız yenidən bölüşdürülmə münaqişəsinə sürüklənir, ölkələr arasında rəqabət getdikcə dağıdıcı xarakter alır.

Teleqraf xəbər verir ki, bunu Malayziyada səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Bir çox sahələrdə oyunun qaydalarını eyni ölkələr müəyyən edir. Yeraltı və yerüstü sərvətlərin əhəmiyyətli bir hissəsi bu ölkələrin əhalisinin rifahı üçün maliyyələşdirilib.

Soyuq müharibənin iki əsas aktoru arasındakı “qol güləşi”nin qurbanlarının məzlum xalqlar olması təsadüfdür? Güclüləri, tiranı, varlıları qoruyan quruluşun davam etməsi düzgün və mümkün deyil”, - dövlət başçısı bildirib.

Ərdoğan baş verənlərin qarşısını almaq üçün yeni dünya düzəninə ehtiyacın olduğunu vurğulayıb:

“Problemləri həll etmək üçün yeni qlobal nizam lazımdır. “Dünya 5-dən böyükdür” şüarımız bu yeni nizamın simvolu oldu. Real dəyişikliklərin baş verməsi üçün ürəyimizi başqalarının yaşadığı ağrılara açmalıyıq.

Əhalisi 2 milyardı keçən İslam dünyasının təmsil olunmadığı bir quruluş ədaləti bölüşə bilməz”.