“Qazaxıstan Gürcüstan üçün çox mühüm siyasi və vacib iqtisadi tərəfdaşdır. Qazaxıstanla tərəfdaşlığın gücləndirilməsi bizim xarici siyasətimizin prioritet istiqamətlərindən biridir”.

Teleqraf.com-un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Gürcüstanın məqsədi ölkənin tarixi funksiyasını tam bərpa etməkdir.

“Bu funksiya Avropa və Asiyanı, Şərqi Qərblə birləşdirməkdir və bu baxımdan təbii ki, Qazaxıstanla əməkdaşlıq bizim üçün strateji əhəmiyyət kəsb edir”, - İ.Kobaxidze qeyd edib.

Baş nazir Qazaxıstana rəsmi səfəri çərçivəsində keçirilən görüşlərdə siyasi və iqtisadi əməkdaşlığa dair bütün məsələlərin müzakirə olunduğunu bildirib. O, bu səfərin ölkələrin maraqlarının daha da yaxınlaşmasına və konkret layihələrin həyata keçirilməsinə töhfə verəcəyinə əminliyini ifadə edib.