"ABŞ İrana təzyiqi artırmalıdır".

Teleqraf.com xəbər verir ki, bunu ABŞ Dövlət katibi Marko Rubio Amerikanın "Fox News" telekanalına müsahibəsində bildirib.

O qeyd edib ki, İslam Respublikası son nəticədə öz nüvə silahını yaratmaq məqsədi daşıyan hərəkətləri dayandırana qədər Vaşinqton Tehrana daha çox təzyiq göstərməlidir.