Ermənistan İŞİD-lə mübarizə aparmaq üçün ABŞ-nin rəhbərlik etdiyi beynəlxalq koalisiyaya qoşulacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan məlumat verib.

“Ermənistan İŞİD-i məğlub etmək üçün yaradılmış koalisiyaya qoşulmağa hazırlaşır. Terrorla mübarizədə birgə fəaliyyətin vacib olacağına inanırıq”, - Mirzoyan deyib.