Çeçenistan Respublikasında AZAL-ın təyyarəsinin qəzaya uğramasına görə matəm elan edilib.

Teleqraf.com xəbər verir ki. bu barədə ölkə rəhbəri Ramazan Kadırov fərman imzalayıb.

Fərmana əsasə, 28 dekabr günü Çeçenistanda matəm günü elan edilib.

Qeyd edək ki, dekabrın 25-də Bakıdan Çeçenistanın paytaxtı Qroznıya uçan Azərbaycan Hava Yollarına (AZAL) məxsus “Embrarer 190” tipli sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhərindən bir neçə kilometr aralıda qəzaya uğrayıb.

Hava gəmisində Azərbaycan, Rusiya, Qırğızıstan və Qazaxıstandan olan 62 sərnişin, həmçinin 5 ekipaj üzvü olub.

Qəza nəticəsində 38 nəfər ölüb, 29 nəfər, o cümlədən 2 ekipaj üzvü sağ qalıb. Yaralılardan bəzilərinin vəziyyəti ağırdır.

Qəzanın kənar müdaxilə nəticəsində baş verdiyi bildirilir.