Suriyadakı hadisələrlə bağlı nəticə çıxarmaq hələ tezdir, vəziyyət dəyişə bilər.

Teleqraf.com xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi deyib.

“İndi Suriyada o ölkənin gələcəyinə təsir edən bir çox mühüm amillər var. Məncə, vəziyyəti qiymətləndirmək hələ tezdir – həm bizim, həm də qalib gəldiyini düşünən qarşı tərəfin nümayəndələri üçün. Qarşıda çox şey baş verə bilər”, - nazir bildirib.

Xatırladaq ki, Suriya müxalifəti dekabrın 8-də Bəşər Əsəd rejimini devirib. Əsəd müxaliflərin paytaxt Dəməşqə girməsindən sonra Rusiyaya qaçıb. O, İranın müttəfiqi idi. Yeni hökumətin Tehranla əlaqəsi soyuqdur.