ABŞ-ın yeni prezidenti Donald Tramp Ağ Evə rəhbərlik etdiyi ilk gündə ABŞ sərhədinin bağlanması ilə bağlı fərmanlar paketi imzalayacağını bildirib.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, o, ölkə sərhədini qeyri-qanuni miqrantlar üçün bağlamaq üçün fərmanlar paketini imzalayacaq.

Qeyd edək ki, noyabr ayında Tramp hərbi resurslardan istifadə edərək və fövqəladə vəziyyət tətbiq etməklə qeyri-qanuni miqrantların kütləvi deportasiyasına başlamaq niyyətini bildirib.