Suriyadakı hadisələrdən əsas faydalanan ölkə İsraildir.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin illik mətbuat konfransında bildirib.

Həmçinin o qeyd edib ki, Rusiya Suriya ərazisinin ələ keçirilməsini pisləyir.

“Ümid edirik ki, İsrail bir gün Suriya ərazisini tərk edəcək, amma indi ora əlavə qoşun göndərir, mənim fikrimcə, orada bir neçə min əsgər var. Məndə belə bir təəssürat yaranıb ki, onlar nəinki getməyəcəklər, hətta orada daha da güclənəcəklər”, - Putin vurğulayıb.