Qəzza zolağında yerləşən Rəfah şəhərindən daha 10 nəfərin meyiti dağıntılar altından çıxarılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə "Al Jazeera" saytından bildirilib.

Məlumata görə, şəhərin bir neçə müxtəlif bölgəsində axtarış-xilasetmə işləri aparılıb. Şiddətli döyüşlərin bölgədə xilasetmə əməliyyatlarını ləngitdiyi bildirilir.

Rəfahla yanaşı, Qəzzanın mərkəzi hissəsində daha 3 nəfərin gecə boyunca davam edən hücumların qurbanı olduğu açıqlanıb.

Deyr Əl-Bələx şəhərindən bir neçə kilometr uzaqlıqda yerləşən Bureyc qaçqın düşərgəsi güclü bombardmana məruz qalıb. Hücumlar nəticəsində bölgədəki 15 müvəqqəti çadır yararsız vəziyyətə düşüb.