Ukrayna NATO- ya üzv olana qədər uzunmüddətli perspektivdə sülh olmayacaq.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bu sözləri NATO-nun baş katibi Yens Stoltenberq müsahibəsində deyib.

"Ukrayna NATO-nun bir hissəsi olmadan uzunmüddətli perspektivdə Ukraynada sülh ola bilməz" - baş katib deyib.

Eyni zamanda o qeyd edib ki, NATO-ya üzv dövlətlər Ukraynanın bloka dəvət olunması ilə bağlı hələlik konsensusa malik deyillər.