Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Tehrana səfəri çərçivəsində İran prezidenti Məsud Pezeşkian ilə görüşüb.

Teleqraf.com xəbər verir ki, bu barədə İran prezidentinin rəsmi saytında məlumat verilib .

“Biz inanırıq ki, bəzi güclərin, o cümlədən ABŞ-nin dünyada dominantlıq dövrü başa çatıb və çoxqütblü dünyanı gücləndirmək üçün İran və Rusiya arasında əməkdaşlıq qlobal təhlükəsizliyin möhkəmlənməsinə gətirib çıxaracaq”, - Pezeşkian görüş zamanı deyib.

Öz növbəsində Şoyqu İranı Moskvanın regiondakı əsas strateji müttəfiqlərindən biri adlandırıb.