Braziliyanın sabiq prezidenti Jayir Bolsonaro haqqında "Səudiyyə Ərəbistanının ona hədiyyə etdiyi brilliyantları bəyan etmədən mənimsədiyini və vergi ödəmədiyi" ilə bağlı hesabat hazırlanıb.
Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, hesabatı iki məmur federal polis hazırlayıb.
Polisin hazırladığı və Bolsonaronu “çirkli pulların yuyulmasında” günahlandıran hesabat Braziliya Ali Məhkəməsinə göndəriləcək. Sabiq prezidentə qarşı cinayət işi açılıb-açılmaması məsələsinə Braziliyanın Baş Prokuroru baxacaq.
Keçən il federal polis Bolsonaronu ölkəyə qaçaqmalçılıq yolu ilə 3 milyon dollar dəyərində brilliyant zinət əşyaları keçirməkdə və iki dəbdəbəli saat satmaqda ittiham edib. Polis Bolsonaronun Səudiyyə Ərəbistanından hədiyyə olaraq gələn bu saatların satışından təxminən 70 min dollar qazandığını açıqlayıb.
Braziliya xaricdən təyyarə ilə gələn vətəndaşlardan dəyəri 1000 dollardan çox olan malları bəyan etmələrini və bu rəqəmdən yuxarı olan məhsulların dəyərinin 50 faizi həcmində vergi ödəmələrini tələb edir.