NATO qoşunlarının Ukraynaya göndərilməsinin nəticələri faciəli olacaq.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Federal Məclisdəki çıxışında deyib.

“NATO qoşunlarının Ukraynaya göndərilməsi haqda danışmağa başladılar. Vaxtilə ölkəmizin ərazisinə qoşun yeridənlərin taleyini xatırlayırıq. İndi mümkün müdaxiləçilər üçün nəticələr daha faciəli olacaq”, - Putin bildirib.

NATO qoşunlarının Ukraynaya göndərilməsi təklifini Fransa Prezidenti Emmanuel Makron verib.