Türkiyənin İzmir şəhərinin Qaziemir rayonunda meşə yanğını baş verib.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə rayonun Sarnıç gölməçəsi yaxınlığında olub.

İlkin məlumata görə, yanğına 5 təyyarə, 8 helikopter, 6 bulduzer, 21 su tankeri və 4 su təchizatı maşını cəlb edilib.

Yanğının söndürülməsi istiqamətində işlər davam edir.

Bölgəyə yaxın olan Adnan Menderes Hava Limanında hava nəqliyyatının uçuş-enişində ləngimələr olub.