Ukrayna ordusu Donetskin qərbində və Zaporojye vilayətlərinin şərqində irəliləyib.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu (ISW) məlumat yayıb.

ISW-nin məlumatlarına görə, Ukrayna 2022-ci ilin fevralından ruslar tərəfindən ələ keçirilən ərazilərin 53 faizini artıq azad edib.

Rusiya mənbələri də iddia edirlər ki, Ukrayna ordusu Priyutnoye bölgəsində (Velikaya Novoselkadan 14 km cənub-qərbdə) irəliləyir.