Sakit okeanın Solomon adaları yaxınlığında 5,5 bal gücündə zəlzələ baş verib.

Teleqraf.com xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.

Seysmoloqların məlumatına görə, zəlzələ 6 min əhalisi olan Gizo şəhərinin 114 kilometr şimal-qərbində hiss olunub.

Zəlzələnin ocağı 35 kilometr dərinlikdə olub.

Sunami, eləcə də tələfat və dağıntılar barədə məlumat verilməyib.