Rusiya qoşunları son sutka ərzində Ukraynanın mövqelərinə 25 hücum cəhdi edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Hazırda döyüşlər beş əməliyyat bölgəsində - Kupyan, Liman, Baxmut, Avdiv və Marində gedir.

Ruslar cəbhənin Kupyan hissəsində Masyutivdə hücuma keçərək taktiki mövqelərini yaxşılaşdırmağa çalışıblar. Rusiya qüvvələrinin Liman istiqamətində Biloqorivkaya hücumu uğursuz alınıb.

Rusiya qoşunlarının Baxmutdan cənub-qərbdə - Predtexnı istiqamətindəki hücum əməliyyatları da nəticəsiz qalıb. Avdiv ətrafında - Pervomaysk istiqamətindəki cəhd də bu sonluqla bitib.

Ukrayna ordusu Marin istiqamətində də çoxsaylı hücumları dəf edib.