Ukrayna qoşunları düşmənin daha üç sursat anbarını məhv edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş qərargahının məlumatında deyilib.

Bildirilir ki, Ukrayna aviasiyası düşmənin cəmləşdiyi ərazilərə üç zərbə endirib:

"Raket və artilleriyaçılar isə işğalçıların cəmləşdiyi 4 ərazini vurub. Həmçinin, Ukrayna hərbçiləri düşmənə məxsus “Orlan-10” pilotsuz təyyarəsini, 3 silah-sursat anbarını məhv edib".