Kiyev vilayətinin Brovarı şəhərində baş verən helikopter qəzasında ölənlərin sayı 19-a çatıb, 29 nəfər yaralanıb.

Teleqraf.com xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyindən bildirilib.

Yaralılardan 15-i uşaqdır.

Hadisə şahidlərinin sözlərinə görə, helikopter bağça üzərində üç dəfə dövrə vurub, ardınca yüksək sürətlə yerə enib. Partlayışdan dərhal sonra yanğın baş verib.

DİN-dən bildirilib ki, hadisənin səbəbi araşdırılır.

***

12:54

Ukraynada helikopter qəzasında həlak olanların sayı 18-ə çatıb.

Teleqraf.com “RBK Ukraina”ya istinadən xəbər verir ki, bu barədə Kiyev Hərbi Administrasiyasının rəhbəri Oleksiy Kuleba məlumat verib.

Ölənlərdən 3-ü uşaqdır.

Qəza nəticəsində 26 nəfər yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, həlak olanlar arasında Ukraynanın daxili işlər naziri Denis Monastırski, daxili işlər nazirinin birinci müavini Yevgeni Yenin və Daxili İşlər Nazirliyinin dövlət katibi Yuri Lubkoviç də var.

***

12:22

Ukraynanın daxili işlər naziri Denis Monastırski helikopter qəzasında həlak olub.

Teleqraf.com xəbər verir kii, bu barədə Ukrayna KİV-i məlumat yayıb.

Hadisə nəticəsində, həmçinin daxili işlər nazirinin müavini Yevgeni Yenin və dövlət katibi Yuri Lubkovi də həlak olublar.

Helikopter qəzasında ümumilikdə ikisi uşaq olmaqla 16 nəfərin öldüyü bildirilib.