“Ukrayna müharibəsi bitdikdən sonra da Qərb ölkələri ilə Rusiya arasında münasibətlər nizamlanmayacaq”.
Teleqraf.com xəbər verir ki, bunu NATO baş katibi Yens Stoltenberq deyib.
“Əvvəlki kimi olmayacaq. Ukraynada toplar sussa belə, Rusiya ilə münasibətlərimizin nizamlanacağını gözləmək lazım deyil”, - NATO baş katibi bildirib.
Stoltenberq onu da qeyd edib ki, Qərb nəhəng resurslara malik Rusiyaya yuxarıdan aşağı baxmamalıdır.