
12-13 iyun tarixlərində NATO-nun baş katibi Yens Stoltenberq Finlandiya və İsveçə səfər edəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə NATO bəyanat yayıb.
Bəyanatda bildirilir ki, Yens Stoltenberq iyunun 12-də Finlandiya prezidenti Sauli Ninistö və digər rəsmilərlə, növbəti gün isə İsveçin baş naziri Maqdalena Andersson və rəsmi şəxslərlə görüşəcək.
Görüşlər zamanı Finlandiya və İsveçin NATO-ya üzvlük məsələləri xüsusi müzakirə olunacaq.
Qeyd edək ki, mayın 18-də hər iki ölkə alyansa üzv olmaq üçün rəsmi müraciət təqdim edib. Lakin Türkiyə hər iki ölkəni NATO-da görmək istəmədiyini bildirib. Buna səbəb sözügedən ölkələrin terrorçuları ekstradisiya etməkdən boyun qaçırmasıdır.