ABŞ-ın persona non-qrata elan etdiyi BMT-dəki rus diplomatları bu gün Moskvaya uçub.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiyanın BMT yanındakı daimi nümayəndəliyindən məlumat verilib.

Fevralın 28-də ABŞ hakimiyyəti Rusiya səfirliyinin 12 əməkdaşına martın 7-dək ölkəni tərk etməyi əmr edib.

Rusiya tərəfi ABŞ-ın hərəkətlərini qeyri-dost addım kimi qiymətləndirib ki, bu da BMT-yə ev sahibliyi edən ölkənin mövqeyindən sui-istifadənin növbəti nümunəsidir.

Rusiya Xarici İşlər Nazirliyi ABŞ hakimiyyətinin atdığı addımların ikitərəfli münasibətlərdə düşünülmüş və kinli eskalasiya olduğunu vurğulayıb.

Bundan əlavə, məlum olub ki, ABŞ BMT-nin Sülhməramlı Əməliyyatlar Departamentinin Hərbi İşlər İdarəsinə rəsmi ezam olunmuş sonuncu rus zabitini Rusiya Müdafiə Nazirliyindən digər namizədlərə viza vermədən ölkədən çıxarır.

Moskva rus diplomatların ölkədən çıxarılmasına cavab verəcəyini bildirib.