Ukrayna Prezidenti Volodimir Zelenski orduda qoşunların sayının artırılması haqqında fərman imzalayıb.

Teleqraf.com xəbər verir ki, Ukrayna prezidenti ordunun müdafiə qabiliyyətinin gücləndirilməsi, Ukrayna Silahlı Qüvvələrində hərbi xidmətə marağın artırılması və mərhələli şəkildə peşəkar orduya keçidlə bağlı prioritet tədbirlər haqqında fərman imzalayıb.

Qərara əsasən, 3 il ərzində Ukrayna ordusuna daha 100 min hərbçi cəlb olunacaq və Silahlı Qüvvələrin potensialı gücləndiriləcək.

Zelenski həmçinin bütün hərbi qulluqçuların maaşının artırılmasını nəzərdə tutan fərmanla bağlı açıqlamalar verib.

“Bu fərman Ukraynanın peşəkar orduya keçidin başlanğıcıdır. Bu, müharibənin yaxınlaşdığı üçün deyil, Ukraynada tezliklə və gələcəkdə sülhün bərqərar olması üçündür”, - Zelenski deyib.