Rusiyanın Ryazan vilayətində sərnişin avtobusu dəmir yolu körpüsünün dayağına çırpılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə regionun Daxili İşlər Nazirliyi İdarəsinin mətbuat xidmətindən bildiriblər.
Məlumata əsasən, Moskvadan Həştərxan istiqamətində hərəkət edən avtobusun qəzaya uğraması nəticəsində 5 nəfər həlak olub, bir neçə uşaq da daxil olmaqla 21 nəfər isə xəsarət alıb.
Bildirilir ki, qəza zamanı avtobusda 52 nəfər olub.