Rusiya ABŞ Hava Qüvvələrinin üç “B-52H” strateji bombardmançı təyyarəsini Berinq dənizi üzərində izləyib.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat verib.

Açıqlamada qeyd edilib ki, rus qırıcıları iyulun 15-də Berinq dənizinin Rusiya sərhədinə yaxınlaşan neytral sular üzərində üç hava hədəfini təsbit edib:

“Hava hədəflərini müəyyənləşdirmək və Rusiya Federasiyasının dövlət sərhədinin pozulmasının qarşısını almaq üçün Şərqi Hərbi Dairənin hava hücumundan müdafiə qüvvələrindən “MiQ-31” və “Su-35” qırıcıları havaya qaldırılıb”.

Qırıcılar hava hədəflərininin ABŞ Hərbi Hava Qüvvələrinin “B-52H” bombardmançı təyyarələri olduğunu təsbit ediblər və hərəkət trayektoriyalarını izləyiblər.