İsrail Səhiyyə Naziri Yuli Edelşteyn ölkədə 15 iyun tarixindən etibarən qapalı yerlərdə tibbi maska taxmaq şərtinin ləğv edildiyini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, nazir deyib:

“Bir sıra müzakirələrdən sonra belə bir nəticəyə gəldik ki, koronavirusun yayılması ilə əlaqədar vəziyyət və müvafiq göstəricilər yaxın günlərdə pisləşməsə, 15 iyun tarixindən etibarən qapalı yerlərdə maska ​​taxma tələbini ləğv edəcəyik”.

O qeyd edib ki, bu qərar məktəblərə şamil olunmayacaq.