Kanadanın Vankuver şəhərində kitabxana ziyarətçilərə və ətrafındakı insanlara naməlum şəxsin hücumu nəticəsində 1 nəfər ölüb, 6 nəfər yaralanıb.

Teleqraf.com xəbər verir ki, bu barədə CBC televiziya kanalı xəbər verib.

Hücum edən şəxs saxlanılıb.

Lakin saxlanılan şəxsin şəxsiyyəti hələ açıqlanmayıb.

Faktla bağlı araşdırma aparılır.