Almaniyada yeni növ koronavirusa qarşı ilk peyvənd Halberştadt şəhərinin sakini 101 yaşlı Edit Kvoytsallaya vurulub.

Teleqraf.com xəbər verir ki, rəsmi olaraq Almaniyada koronavirusa qarşı vaksinasiya dekabrın 27-si başlayacaq, lakin 101 yaşlı qadın artıq bu gün "Comirnaty" inyeksiyası ilə vaksinasiya olunub.

Edit Kvoytsallanın qocalar evində yaşadığı bildirilir.

Qeyd edək ki, "Comirnaty" "BioNTech - Pfizer" konsorsiumu tərəfindən hazırlanan koronavirusa qarşı vaksinin rəsmi adıdır.