Türkiyədə son 24 saat ərzində daha 253 nəfər yeni növ koronavirusdan vəfat edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca bildirib.

Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 19 624 nəfərə yüksəlib.

Onun sözlərinə görə, ölkədə 15 118 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 2 133 373 nəfərə çatıb.

F.Qoca qeyd edib ki, ötən gün koronavirusdan 23 231 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 1 994 034 nəfər təşkil edir.