Suriya Prezidenti Bəşər Əsəd Rusiyanın hazırladığı koronovirus vaksinini vurdurmaq istədiyini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, o bu barədə "RİA Novosti"yə verdiyi müsahibədə deyib:

"Əlbəttə ki, şərtlər daxilində hər kəs bu təhlükəli virusa qarşı peyvənd vurdurmaq istəyir. Suriya da Rusiya ilə bu mövzuda danışıqlar aparacaq və vaksin tədarükü görəcək”.