Petro Poroşenko: “İllərlə uğrunda mübarizə apardığımız hadisə baş verəcək”
Ukrayna iyunun 27-də Avropa Birliyinin tam hüquqlu assosiativ üzvü olacaq.
Teleqraf.com-un UNİAN-a istinadən verdiyi məlumata görə, bunu bu gün dövlət və yerli idarəetmə qurumlarının nümayəndələri ilə “Dialoq günü” çərçivəsində olan görüşü zamanı prezident Petro Poroşenko bildirib. O, xatırladıb ki, iyunun 27-də Brüsseldə assosiativ üzvlük müqaviləsinin iqtisadi hissəsi imzalanacaq:
“Bizim illər ərzində uğrunda mübarizə apardığımız hadisə baş verəcək”.
Dövlət başçısı vurğulayıb ki, bununla Avropaya inteqrasiya heç də yekunlaşmır və müvafiq sazişi Ukrayna həyatına tətbiq etmək, qanunvericiliyi buna uyğunlaşdırmaq lazım gələcək.
Nail Cəlil