BAKI, 30 iyun. TELEQRAF
Azərbaycan Prezidentinin Təhlükəsizlik Xidmətinə yeni rəis təyin olunub.
Teleqraf-ın əldə etdiyi xəbərə görə, Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncamla bu vəzifəyə Fərid Əsgərov təyinat alıb.
Dövlət başçısının digər sərəncamı ilə F.Əsgərova general-mayor ali hərbi rütbəsi verilib.
O, uzun müddətdir Azərbaycan Prezidentinin Təhlükəsizlik Xidmətində çalışır. F.Əsgərov bu təyinata qədər Azərbaycan Prezidentinin Təhlükəsizlik Xidmətinin rəis müavini olub.
İmzalanan başqa bir sərəncamla, Prezident Administrasiyasının strukturunda dəyişiklik edilib və Prezident Katibliyi yaradılıb. Azərbaycan Prezidentinin Təhlükəsizlik Xidmətinin keçmiş rəisi general-polkovnik Bəylər Əyyubov katibliyin rəisi təyin olunub.