BAKI, 2 mart. TELEQRAF

İrandan Azərbaycana təxliyə edilən Rusiya vətəndaşlarının ilk qrupu martın 2-də Rusiya hökumətinin nümayəndə heyəti ilə birlikdə Bakıdan Moskvaya uçacaq.

Teleqraf xəbər verir ki, bu barədə Rusiyanın Baş nazirinin müavini Aleksey Overçuk bildirib.

Onun sözlərinə görə, təxliyə olunan qrup 32 nəfər Rusiya vətəndaşından ibarətdir:

"Rusiya vətəndaşlarının ilk qrupu- 32 nəfər bizimlə eyni bortla uçub. Bunlar dünən İrandan çıxaraq bu gün Bakıya çatan neftçilərimizdir. Biz onları özümüzlə birlikdə Moskvaya, evlərinə aparırıq".