TBİLİSİ, 23 aprel. TELEQRAF

Bu ilin birinci rübündə Gürcüstanda 958 947 nəfər turist səfər edib.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Turizm Adminstrasiyasından bildirilib.

Hesabat dövründə turistlərin sayında tarixi maksimum qeydə alınıb. Turistlərin sayı illik müqayisədə 2,2% artıb.

Yanvar-martda qonşu ölkə 1 314 828 nəfər beynəlxalq ziyarətçi qəbul edib ki, bu da ötən ilin analoji göstəricisindən 1,1% çoxdur.

Gürcüstana İsrail, Hindistan, Çin, İordaniya, Səudiyyə Ərəbistanı, Niderland, Slovakiya, Çexiya, İtaliya, Yunanıstandan edilən səfərlərin sayında əhəmiyyətli artım olub.