Azərbaycanda informasiya təhlükəsizliyinin təmin edilməsi Bakıda keçiriləcək I Avropa Oyunları zamanı ən aktual məsələlərdən biridir.

Trend-in məlumatına görə, bunu jurnalistlərə rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov deyib.

Onun sözlərinə görə, bununla əlaqədar kiberhücumların sayının artması, informasiya təhlükəsizliyi baxımından təzyiq gözlənilir: "Müdafəni təmin etmək üçün biz olduqca çox layihə reallaşdırdıq və buna tam hazırıq".