BAKI, 14 oktyabr. TELEQRAF
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyat zamanı saxlanılan Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevin barəsində həbs qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanını vəsatəti əsasında təqdimata baxılıb.
Teleqraf xəbər verir ki, Səbail Rayon Məhkəməsində keçirilən prosesdə istintaq orqanın vəsatəti əsasında Musa Şəkiliyevin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti daha 4 ay müddətinə uzadılıb.
Qeyd edək ki, Musa Şəkiliyev DTX-nin bu il iyunun 20-də keçirdiyi əməliyyat zamanı tutulub. O, qulluq mövqeyindən istifadə etməklə xüsusilə külli miqdarda dövlət əmlakını mənimsəmə cinayətində ittiham olunur.
Prezident İlham Əliyevin iyunun 21-də imzaladığı sərəncamla Musa Şəkiliyev Qax Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.