![](https://teleqraf.az/storage/2025/02/09/715x378/1672643228_auto_qeza_101219_3.jpg)
BAKI, 10 fevral. TELEQRAF
Yanvarın 8-də saat 23:25 radələrində 1977-ci il təvəllüdlü 1 nəfər (kişi cinsli) qapalı kəllə-beyin travması diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.
Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
Zərərçəkənə zəruri tibbi yardım göstərilib. Vəziyyətinə uyğun olaraq Reanimasiya şöbəsinə yerləşdirilib, hal-hazırda müalicəsi stasionar şəraitdə davam etdirilir. Vəziyyəti orta ağır qiymətləndirilir.
***
00:43 / 09.02.2025
Lənkəranda piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
Teleqraf xəbər verir ki, hadisə fevralın 8-də axşam saatlarında baş verib.
Lənkəran rayonunun Darquba kəndi ərazisində hərəkətdə olan nəqliyyat vasitəsi yolu əks istiqamətə keçmək istəyən 1977-ci il təvəllüdlü Akşin Böyükağa oğlu Əliyevi vurub.
Lənkəran rayonunun Ləj kənd sakini Akşin Əliyev həmin gün toydan çıxıbmış.
A.Əliyev dərhal Lənkəran mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə aparılıb. Ona zəruri ilkin tibbi yardım göstərilib. Daha sonra o, reanimasiya şöbəsinə yerləşdirilib.
Qeyd edək ki, Akşin Əliyev Ləj kənd məktəbində tarix müəllimi işləyir.
Faktla bağlı araşdırma aparılır.