Bolqarıstanda şənbə günü daha bir temperatur rekordu qeydə alınıb.

Teleqraf.com xəbər verir ki, ölkənin cənubunda yerləşən Haskovo şəhərində hava 19,8 dərəcəyə qədər isinib, bu isə 1991-ci ildə qeydə alınan əvvəlki rekorddan 1,1 dərəcə yüksəkdir.

1991-ci ildə bu şəhərdə dekabrın 17-də 18,7 dərəcə isti qeydə alınıb.