BAKI, 26 may. TELEQRAF
20230-cu ilə qədər Azərbaycanda bank hesabı olan istifadəçilərin sayının yetkinlik yaşına çatmış bütün əhalinin sayına nisbətinin 85 faizə çatdırılması planlaşdırılır.
Teleqraf xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiq etdiyi "Maliyyə inklüzivliyinin genişləndirilməsinə dair 2027–2030-cu illər üçün Dövlət Proqramı"nda öz əksini tapıb.
Sənədə əsasən, ötən il bu rəqəm 70,7 faiz olub.
Maliyyə institutundan ən azı bir cari krediti və ya kredit xətti olan MKOB-ların bütün MKOB-ların sayına nisbətinin isə 36 faizə çatdırılması hədəflənib. 2025-ci ildə bu nisbət 25 faiz olub. Unikal sığorta müqaviləsi sahiblərinin ümumi sayının (həyat və qeyri-həyat üzrə) yetkin əhalinin sayında payının 32 faizə çatdırılması (2025-ci ildə 25 faiz) planlaşdırılır.