BAKI, 19 iyun. TELEQRAF
Bolqarıstanın İrandakı səfirliyi fəaliyyətini müvəqqəti olaraq Azərbaycanın paytaxtı Bakıdan davam etdirəcək.
Teleqraf xəbər verir ki, bu barədə bu gün Bolqarıstanın Baş naziri Rosen Jelyazkov bildirib.
Bolqarıstan Baş naziri Jelyazkov bildirib ki, İsrailin Tehran şəhərinin üçüncü rayonunu tərk etməklə bağlı verdiyi çağırışdan sonra Bolqarıstanın İrandakı səfirliyindən 12 diplomat və onların ailə üzvləri ölkədən çıxarılıb.
“Bolqarıstan səfirliyi həmin əraziyə birbaşa yaxınlıqda yerləşir. Bu səbəbdən diplomatlarımızın və ailələrinin təhlükəsizliyini təmin etmək üçün onların təxliyəsinə qərar verdik", - o qeyd edib.