BAKI, 21 may. TELEQRAF

Mənzil siyasəti artıq yalnız tikililərdən ibarət deyil. Bu, həm ləyaqət, həm də imkan məsələsidir. Gənc ailələrin gələcəyini necə quracağı, icmaların sosial sabitliyinin necə qorunacağı və ən əsası, inkişafın necə həqiqətən inklüziv olacağı ilə bağlıdır.

Teleqraf xəbər verir ki, bu barədə Azərbaycanın maliyyə nazirinin birinci müavini Anar Kərimov WUF13 çərçivəsində keçirilən “Mənzil maliyyələşdirməsi üçün yeni razılaşma” adlı tədbirdə çıxışında deyib.

“Hazırda hamımız çox vacib bir suala cavab axtarırıq: mənzil maliyyələşdirilməsini necə daha əlçatan, inklüziv, dayanıqlı və maliyyə baxımından səmərəli etmək olar?

Çörçill demişdi ki, “Biz əvvəlcə binalarımızı formalaşdırırıq, sonra isə onlar bizi formalaşdırır”. Deməli, bu gün biz əslində gələcəyimizi necə formalaşdıracağımızı müzakirə edirik".