BAKI, 20 may. TELEQRAF

Dünyada su ehtiyatlarının azalması gələcəkdə ciddi qlobal problemlərə səbəb ola bilər.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyənin Qaziantep şəhərinin bələdiyyə sədri Fatma Şahin Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində bildirib.

O qeyd edib ki, su ehtiyatlarının azalması artıq bir çox ölkələrdə hiss olunur və “su yoxdursa, həyat da yoxdur” prinsipi gələcək siyasətin əsas istiqamətlərindən birinə çevrilməlidir:

“Şəhərlər və ölkələr su idarəçiliyi sahəsində bir-birinin təcrübəsindən faydalanmalı, gənclərin iştirakı ilə innovativ layihələr və mentorluq proqramları həyata keçirilməlidir”.