BAKI, 20 may. TELEQRAF

Şəhərlər böyüdükcə sadəcə dayanıqlıq deyil, tərəfdaşlığın da vacib olduğu aydın olur.

Teleqraf xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin Beynəlxalq əlaqələr və sənədlərlə iş departamentinin direktoru Rasim Bağırov Bakıda WUF13 çərçivəsində təşkil edilən “Mənzil və şəhər dayanıqlılığı üzrə ictimai diskursun formalaşmasında medianın rolu” mövzusunda keçirilən tədbirdə deyib.

O bildirib ki, şəhərsalma siyasəti və kommunikasiya birbaşa cəmiyyət anlayışına təsir edir.

"Məskunlaşdırma sırf infrastrukturla bağlı deyil. Bu, iqtisadiyyat, təhlükəsizlik, ictimai fikir, rifahla bağlıdır. Buna görə də burada kommunikasiya rol oynayır. Bunu isə media düzgün istiqamətdə edə bilir. Onun rolu böyükdür, - o vurğulayıb.