BAKI, 20 may. TELEQRAF
Mənzil və şəhərsalma sahəsində dayanıqlılıq məlumatlı cəmiyyətdən asılıdır, buna görə bilgiləndirmə çox böyük faktordur.
Teleqraf xəbər verir ki, bunu Milli Məclisin deputatı Nigar Arpadarai Bakıda WUF13 çərçivəsində təşkil edilən “Mənzil və şəhər dayanıqlılığı üzrə ictimai diskursun formalaşmasında medianın rolu” mövzusunda keçirilən tədbirdə deyib.
O bildirib ki, bu məsələdə media məlumatlandırmaqdan daha vacib rol oynayaraq ictimai fikrə təsir edir.
"Şəhərlər həmişə iqtisadi tərəqqinin göstəriciləri olub, burada media isə bağlayıcı rol oynayıb. Şəhər dayanıqlığı, məskunlaşdırma mövzusunda məlumatlı olmaq çox vacibdir. Burada kommunikasiya da önəmlidir. Birlikdə müştərək çalışaraq məqsədlərə çata bilərik", - o vurğulayıb.