BAKI, 20 may. TELEQRAF
Karyeram boyunca iqlim maliyyələşdirilməsi və tullantı sektoru ilə bağlı 60-dan çox layihə üzərində işləyib, onları uğurla maliyyələşdirmişik.
Teleqraf xəbər verir ki, bunu Birləşmiş Millətlər Sənaye İnkişafı Təşkilatının (UNIDO) Enerji sistemləri və sənayenin dekarbonizasiyası bölməsində sənaye inkişafı üzrə eksperti Marijan Gajsak WUF13 çərçivəsində Azərbaycan pavilyonunda keçirilən "Plastik çirklənməsi ilə mübarizə: Yaşamaq üçün əlverişli şəhərlərin və dairəvi iqtisadiyyatın təşviqi" adlı tədbirdə deyib.
Onun sözlərinə görə, demək olar ki, bütün qitələrdə layihələr həyata keçirib:
"Bu mövzunun çox vacib bir məsələ kimi gündəmə gətirilməsindən çox məmnunam. İllərdir UNIDO daxilində çalışıram və indi dayanıqlı şəhər layihələrinin hazırlanması və icrası ilə məşğulam. Bu da mənə şəhərlər mövzusuna daha geniş perspektivdən baxmaq imkanı verir. Təkcə çirklənmə məsələsi deyil, ümumilikdə şəhər sistemi baxımından böyük təcrübədir.
Çirklənmə dedikdə biz şəhərlərdəki bütün tullantı axınlarını nəzərdə tuturuq. Burada siyasət məsələsinə gəldikdə isə, əlbəttə ki, tək bir cavab yoxdur. Biz UNIDO olaraq çox xüsusi mandatla işləyirik və bu problemə müxtəlif istiqamətlərdən yanaşa bilirik".